3 fevral 2026. Çərşənbə axşamı

Braziliya klubunun futbolçuları tətil elan etdilər


Braziliya klubunun futbolçuları tətil elan etdilər

Braziliyanın "Kruzeyro" klubunun futbolçuları tətil elan ediblər.

Corner.az  "Globo Esporte" nəşrinə istinadən xəbər verir ki, oyunçuların bu addımı atmasına səbəb maaş gecikmələri olub. Onlar məşqə çıxmaqdan imtina ediblər.

B Seriyasında çıxış edən klub hazırda ciddi maliyyə problemləri yaşayır. 6 aydır oyunçularına və əməkdaşlarına məvacib verə bilməyən "Kruzeyro"da borcların bir hissəsi sentyabrda ödənilib.

Vəziyyətin hazırda çətin olduğunu bildirən futbolçular çıxış yolunu məhz məşqləri və oyunları boykot etməkdə görürlər.

Qeyd edək ki, "Kruzeyro" hazırda turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO