9 may 2026. Şənbə

Qəbələ'nin futbolçusu WAFF turnirinin qalibi olub


Qəbələ'nin futbolçusu WAFF turnirinin qalibi olub

"Qəbələ" klubunun futbolçusu Omar Haninin çıxış etdiyi İordaniyanın U-23 millisi Qərbi Asiya Futbol Federasiyasının (WAFF) təşkil etdiyi turnirin qalibi olub.

Corner.az-ın məlumatına görə, İordaniya seçməsi finalda Səudiyyə Ərəbistanı ilə üz-üzə gəlib.

Dammam şəhərindəki qarşılaşma İordaniyanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Omar Hani görüşün ikinci hissəsində meydana daxil olub.

11 komandanın iştirak etdiyi tuniri Səudiyyə Ərəbistanı Futbol Federasiyası və WAFF təşkil edib.

Qeyd edək ki, WAFF U-23 çempionatı 2015-ci ildən təşkil olunur. Yarışın ilk qalibi daha sonra Orta Asiya Futbol Federasiyasına keçən İran seçməsi olub.







Xəbər news

“Bakı Marafonu 2026” yekunlaşdı
  • Xəbər news
  • 16:36 03.05.2026
“Bakı Marafonu 2026” yekunlaşdı