- Xəbər news
- 21:58 14.03.2026
İslandiyanın "Valur" klubunda çıxış edən "Qarabağ"ın sabiq qapıçısı Hannes Halldorsson London Film Festivalında "Cop Secret" adlı ilk filmini təqdim edib.
Corner.az-ın məlumatına görə, rejissor kimi fəaliyyət göstərən 37 yaşlı qolkiper bir neçə soyğunçuluğun araşdırılması zamanı iş ortağına aşiq olan polis məmurundan bəhs edən film çəkib.
İslandiyalı oyunçu daha əvvəl 2018-ci Rusiyada keçirilmiş dünya çempionatı zamanı sponsorlardan birinin reklam çarxlarını ərsəyə gətirib.
Qeyd edək ki, İslandiya millisinin sabiq qapıçısı 2019/2020 mövsümündə "Qarabağ"ın uğurları üçün çalışıb.