Polşanın “Legiya” komandası yoxlama oyunu keçirib.
Corner.az xəbər verir ki, azərbaycanlı futbolçu Mahir Emrelinin formasını geyindiyi kollektiv əvəzedici komanda ilə qarşılaşıb.
Varşava təmsilçisinin əsas komandası bu oyunda 4:1 hesabı ilə qələbə qazanıb. Azərbaycan yığmasının düşərgəsindən yenicə qayıdan Mahir də bu görüşün iştirakçısı olub. Əsas komandanın ilk qolunu da 16-cı dəqiqədə Emreli qeyd edib.
“Legiya” Polşa çempionatının 11-ci turu çərçivəsində oktyabrın 17-də “Lex”lə qarşılaşacaq. Bu komanda 10 turdan sonra 9 xalla 18 kollektiv arasında 15-ci pillədə qərarlaşıb. Varşava təmsilçisinin əvvəlki turlardan təxirə salınmış iki oyunu da var.