Belarus çempionatında 26-cı turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Ruslan Qurbanovun komandası “Slaviya” (Mozır) da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda BATE-ni qəbul edib. Azərbaycanlı futbolçunun komandası bu oyunda inamlı qələbə qazanıb – 3:1.
Ruslan da bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 68-ci dəqiqədə əvəzlənib.
“Slaviya” hazırda 24 xalla 16 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.