26 oktyabr 2024. Şənbə

Dadaşovlu Tondela növbəti mərhələdə


Dadaşovlu Tondela növbəti mərhələdə

Futbol üzrə Portuqaliya kubokunda üçüncü təsnifat mərhələsinin oyunları keçirilir.

Corner.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun komandası – “Tondela” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Kamaça”nın qonağı olub. Üç qolun qeydə alındığı oyunda “Tondela” 2:1 hesabı ilə qələbə qazanıb. Növbəti mərhələyə vəsiqə qazanan bu komandanın sonrakı rəqibi hələ məlum deyil.

Renat da bu görüşün iştirakçısı olub. O, 64-cü dəqiqədə meydana buraxılıb.







Xəbər news