26 oktyabr 2024. Şənbə

Krivotsyuk komandasının qələbəsini kənardan izlədi


Krivotsyuk komandasının qələbəsini kənardan izlədi

Polşa çempionatında 11-ci turun oyunları keçirilib.

Corner.a, xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Poqon”la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Krivotsyuk bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

“Visla” 11 turdan sonra 13 xalla 18 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.







Xəbər news