28 noyabr 2024. Cümə axşamı

Millimizin hücumçu üçün 90 dəqiqə və 1 xal


Millimizin hücumçu üçün 90 dəqiqə və 1 xal
Ukrayna Premyer Liqasında 11-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı futbolçular – Rüstəm Əhmədzadə ilə Eldar Quliyevin formasını geyindiyi “Minay” da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Desna”nı qəbul edib. Futbolçularımızın komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
 
Eldarla Rüstəm də bu oyunun iştirakçısı olub. Onlar start heyətdə meydana çıxıblar. Rüstəm sonadək meydanda qalıbsa, Eldar 76-cı dəqiqədə əvəzlənib. Əhmədzadə 56-cı dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
 
11 turdan sonra 7 xalı olan “Minay” 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb. Sözügedən komandanın ehtiyatda da əvvəlki turlardan təxirə salınmış bir oyunu var.






Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir