- Xəbər news
- 01:00 22.01.2026
İngiltərə millisinin AÇ-2020-nin seçmə mərhələsində Çexiya və Monteneqro ilə qarşılaşacağı oyunlar üçün açıqladığı heyətdə dəyişiklik edilib.
Corner.az xəbər verir ki, “Liverpool”un futbolçusu Jordan Henderson zədə səbəbindən heyətdən kənarlaşdırılıb və onun əvəzinə “Southampton”dan James Ward-Prowse heyətə daxil edilib.Bundan başqa Chelsea'nin gənc futbolçusu Callum Hudson-Odoi də milliyə çağrılıb.Bu barədə İngiltərə millisinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, İngiltərə martın 22-də Çexiya, 25-də isə Monteneqro ilə qarşılaşacaq.