27 mart 2026. Cümə

Türkiyə millisinin heyətində dəyişiklik


Türkiyə millisinin heyətində dəyişiklik

Türkiyə millisinin heyətində dəyişiklik edilib.

Corner.az Türkiyə Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, "Fənərbaxça"nın futbolçusu Mehmet Topal zədələndiyi üçün yığmanın heyətindən çıxarılıb.

Qeyd edək ki, Türkiyə Avro-2020-nin seçmə mərhələsində martın 22-də səfərdə Albaniya, martın 25-də isə evdə Moldova millisi ilə qarşılaşacaq.







Xəbər news