28 may 2026. Cümə axşamı

Tarixin ən yaxşı futbol məşqçilərinin reytinqi açıqlanıb


Tarixin ən yaxşı futbol məşqçilərinin reytinqi açıqlanıb

Fransanın “France Football” nəşri tarixin ən yaxşı futbol məşqçilərinin siyahısını açıqlayıb.

Corner.az xəbər verir ki, reytinqə hollandiyalı Rinus Michels başçılıq edir. Şotlandiyalı  Alex Ferguson ikinci sıradadır.İtaliyalı Arrigo Sacchi üçüncü sırada yer alıb.   

İlk “onluq”da həmçinin hollandiyalı Johan Cruyff, ispaniyalı Pep Guardiola, ukraynalı Valeri Lobanovski, fransalı Helenio Herrera, italiyalı Carlo Ancelotti, avstriyalı Ernst Happel və şotlandiyalı Bill Shankly yer alıb.

Qeyd edək ki, Hollandiya millisi AVRO-1988-də R.Michels in rəhbərliyi altında çempion olub. 2005-ci ildə 77 yaşında vəfat edən mütəxəssis “Ajax”la 4 dəfə ölkə çempionu olub, 3 dəfə Hollandiya Kubokunu qazanmaqla yanaşı, Çempionlar Liqasını əldə edib. O, “Barcelona”nın sükanı arxasında ölkə çempionu olmaqla yanaşı, İpsaniya Kubokunu götürüb. R.Michels “Köln”ün baş məşqçisi kimi Almaniya Kubokunda da uğur qazanıb.(report)







Xəbər news

“Bakı Marafonu 2026” yekunlaşdı
  • Xəbər news
  • 16:36 03.05.2026
“Bakı Marafonu 2026” yekunlaşdı