26 oktyabr 2024. Şənbə

Zəfər Liqası turnirinin püşkü atıldı


Zəfər Liqası turnirinin püşkü atıldı
AFFA-nın təşkilatçılığı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı və Azərbaycan Respublikasının Gənclər Fondunun tərəfdaşlığı ilə təşkil olunan “Zəfər Liqası”nın püşkü atılıb. Corner.az xəbər verir ki, AFFA-nın inzibati binasında keçirilən püşkatma mərasimində AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə və turnirdə mübarizə aparacaq müxtəlif dövlət qurumlarını təmsil edən könüllü təşkilatlarının nümayəndələri iştirak edib.
 
8 noyabr - Zəfər Gününə həsr olunan “Zəfər Liqası” turnirində Azərbaycanın 12 Könüllü təşkilatı iştirak edəcək və komandalar 4 qrupda mübarizə aparacaq. Oktyabrın 23-də start götürəcək yarışa noyabrın 5-də keçiriləcək final qarşılaşması ilə yekun vurulacaq.






Xəbər news