10 dekabr 2025. Çərşənbə

Millimizin hücumçusu Porto'ya qarşı 90 dəqiqə oynadı


Millimizin hücumçusu Porto'ya qarşı 90 dəqiqə oynadı

Portuqaliya çempionatında 9-cu turun oyunları keçirilib.

Corner.az xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi “Tondela” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Porto”nu qəbul edib. Futbolçumuzun komandası bu oyunda məğlubiyyətlə üzləşib – 1:3.

Renat da bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb.

“Tondela” 9 turdan sonra 9 xalla 18 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.







Xəbər news