3 fevral 2026. Çərşənbə axşamı

Qurbanovdan Slaviya'nın heyətində dubl


Qurbanovdan Slaviya'nın heyətində dubl

Futbol üzrə Belarus çempionatında 27-ci turun oyunları keçirilib.

Corner.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ruslan Qurbanovun komandası “Slaviya” (Mozır) da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Minsk”in qonağı olub. Azərbaycanlı futbolçunun komandası bu oyunda darmadağınlı qələbə ilə ayrılıb – 6:0.

Ruslan da bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. Mozır təmsilçisinin iki qolunu da Qurbanov vurub. O, 31-ci dəqiqədə komandasının ikinci, 83-cü dəqiqədə isə beşinci qoluna imza atıb.

“Slaviya” hazırda 27 xalla 16 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO