- Xəbər news
- 22:34 14.11.2024
Polşa çempionatında 12-ci turun oyunları keçirilib.
Corner.az xəbər verir ki, azərbaycanlı hücumçu Mahir Emrelinin formasını geyindiyi “Legiya” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Pyast”ın qonağı olub. Futbolçumuzun komandası bu oyunda məğlubiyyətlə üzləşib – 1:4. Bu, Varşava təmsilçisinin ölkə çempionatında ardıcıl dördüncü məğlubiyyətidir.
Mahir də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin hücumçusu sonadək mübarizə aparıb.
12 turdan sonra 9 xalı olan “Legiya” 18 komanda arasında 15-ci pillədə qərarlaşıb. Bu komandanın ehtiyatda əvvəlki turlardan təxirə salınmış iki oyunu da var.