28 noyabr 2024. Cümə axşamı

Emreli qol epizodlarını boşa verdiyi üçün şanslıyıq - VİDEO


Emreli qol epizodlarını boşa verdiyi üçün şanslıyıq - VİDEO

"Yaxşı oyun alındı. Bu matçı izləmək xoş idi. Görüşdə çoxlu həyacan və qollar oldu. Qalib gəldiyimiz üçün şadıq".

Corner.az-ın məlumatına görə, bu fikirləri "Pyast"ın baş məşqçisi Valdemar Fornalik "Legiya"ya 4:1 hesabı qalib gəldikləri Polşa Ekstraklasasının XII tur oyunundan sonra mətbuat konfransında deyib.

58 yaşlı mütəxəssis Varşava təmsilçisinin heyətində çıxış edən Mahir Emrelinin görüşün əvvəlində qol şanslarından yararlana bilmədiyini söyləyib və bunun üçün şanslı olduqlarını etiraf edib.

Qeyd edək ki, Emreli görüş ərzində topu 3 dəfə dirəyə vurub. 24 yaşlı hücumçu 4-cü dəqiqədə ardıcıl iki dəfə qapıya zərbə endirib, lakin uğursuzluqla üzləşib. Emreli 71-ci dəqiqədə də eyni aqibəti yaşayıb.







Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir