27 mart 2026. Cümə

Real mənim üçün keçmişin bir səhifəsidir - Casillas


Real mənim üçün keçmişin bir səhifəsidir - Casillas

“Real Madrid”in sabiq qolkiperi, hazırda “Porto”da çıxış edən İker Casillas keçmiş klubu haqda açıqlama verib.

Corner.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 37 yaşlı qapıçı, yenidən La Liqada oynamaq istədiyini bildirib: “Əvvəllər La Liqada oynadığım üçün xoşbəxtəm. İndi başqa bir çempionat haqqında danışmağım məni kədərləndirir. La Liqaya qayıtmaq istəyərdim, amma “Real Madrid” artıq mənim üçün keçmişin bir səhifəsidir”.

Qeyd edək ki, ispaniyalı qapıçı 1999-2015-ci illərdə “Madrid klubu”nun şərəfini qoruyub.







Xəbər news