- Xəbər news
- 22:34 14.11.2024
Almaniyanın “watson.ch” saytı həftəsonu dünya futbolunda yaşanan maraqlı hadisələrdən yazıb.
Corner.az xəbər verir ki, sayt Polşanın “Legiya” klubunda çıxış edən Mahir Emrelinin “Pyast”la matçda (1:4) uğursuzluğundan da yazıb.
Emreli sözügedən oyunda üç dəfə topu dirəyə vurub. Sayt azərbaycanlı hücumçunun uğursuzluğuyla bağlı bunları qeyd edib:
“O, sadəcə bunu etməlidir” demək, bəzən etməkdən daha asandır. Sadəcə bu halda yəqin ki, razılaşarıq. Rəqibin meydançasında bir yox, iki dəfə tək qaldıqda dirəklər arasında dayanan qapıçı yoxdursa, o zaman topu qapıdan keçirmədiyinə görə qınaqlara dözməlisən. Bunu “Legiya”nın futbolçusu Mahir Emreli bacardı”.