- Xəbər news
- 22:34 14.11.2024
Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Taekvondo Federasiyasının fəaliyyəti ilə tanış olub.
Corner.az xəbər verir ki, milli komanda üzvləri ilə görüşən Qayıbov onların məşq proseslərini izləyib, federasiyada yaradılmış şəraitlə maraqlanıb.
Federasiyanın icraçı vitse-prezidenti Nağı Səfərov nazirə qurumun fəaliyyəti, yarışlara hazırlıq, gənc idmançılarla işin qurulması, çətinliklər və gələcək planlar barədə məlumat verib. Qeyd olunan məsələlər ətrafında fikir mübadilələri aparılıb.