Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının dəstəklədiyi Göygöl rayon İrəvan İdman Klubu 24 oktyabr 2021-ci il tarixdə "Göygöl Rayon Gənclər və İdman İdarəsi" və "Pankration Qrappling" və MMA Fedarasiyası ilə birgə təşkil etdikləri “Narkomaniyaya yox deyək” devizi altında Pankration, Qrapplinq və MMA idman növləri üzrə Göygöl rayon turniri keçirilmişdir.
Corner.az xəbər verir ki, turnir gənclərin vətənpərvərlik ruhunda və sağlam tərbiyə olunması məqsədi ilə kütləviləşdirilmişdir.
Turnirdə Göygöl, Goranboy, Laçın, Qəbələ, Qax, Şuşa, Füzuli, Şəmkir rayonlarından, Bakı və Gəncə şəhərlərindən olmaqla ümumilikdə 110 idmançı müxtəlif çəki dərəcələrində mübarizə aparmışdır.
Qaliblər diplom və medalla təltif edilmişdir.