- Xəbər news
- 15:12 27.11.2025
Xorvatiya milli komandasının kapitanı Luka Modric 7-ci dəfə ölkənin ən yaxşı futbolçusu seçilib.
Corner.az-ın məlumatına görə, "Vecernji List"in apardığı sorğuda "Real Madrid"in futbolçusuna münsiflər heyətinin 11 üzvü 110 xal verib.
İkinci yeri 94 xalla İtaliya "Juventus"unun hücumçusu Mario Mandzukic tutub. İspaniya "Barcelona"sının yarımmüdafiəçisi İvan Rakitic isə 87xalla 3-cü olub.
Qeyd edək ki, Modric daha əvvəl 2007, 2008, 2011, 2014, 2016 və 2017-ci illərdə də Xorvatiyada ən yaxşı futbolçu seçilib.Əlavə edək ki, "Vecernji List" ilin futbolçusunu 1972-ci ildən seçir.