26 oktyabr 2024. Şənbə

Vinisius əsl Barselona fanatı idi


Vinisius əsl Barselona fanatı idi

“Barselona”nın Braziliyadakı skautu Andre Kyuri, “Real”ın futbolçusu Vinisius Juniorun vaxtı ilə Kataloniya klubuna keçmək ehtimalının olduğunu bildirib.

Corner.az xəbər verir ki, skaut, 21 yaşlı braziliyalı hücumçu vaxtı ilə “Barselona”ya deyil, “Real”a keçidini belə şərh edib:

“Vinisius əvvəllər “Barselona”nı dəstəkləyirdi. “Barselona” Çempionlar Liqasında PSJ-ni 6:1 hesabı ilə məğlub edəndə sevincindən ağlayırdı. Vinisius əsl “Barselona” fanatı idi. Onun bu kluba keçidi həll olunmuşdu. Hər iki agenti də mənim yaxın dostlarım idi.

Bütün danışıqlar həll olunmuşdu, yalnız müqavilə imzalamaq qalmışdı. Amma sonda dostlarım mənə və kluba xəyanət etdi. Bu hadisə 2017-ci ildə baş vermişdi. O vaxtdan bu yana onlarla əlaqəmi kəsmişəm”.







Xəbər news