Fergusonun saqqızı 455 min avroya satıldı
"Manchester United"in əfsanəvi baş məşqçisi Sir Alex Fergusonun 2013-cü ildə “qırmızı şeytanlar”la vida matçında çeynədiyi saqqız satılıb.
Corner.az “The Sun”a istinadən xəbər verir ki, saqqız "Ebay"da 390 min funt-sterlinqə (455 min avro) satılıb.Satışdan əldə olunan gəlirin “MU”in xeyriyyə fonduna bağışlanacağı bildirilib.
Qeyd edək ki, şotlandiyalı mütəxəssis 27 il "Manchester United"i çalışdırıb.