26 oktyabr 2024. Şənbə

Azərbaycanlı futbolçu Ukrayna klubunda ilk qollarını vurub


Azərbaycanlı futbolçu Ukrayna klubunda ilk qollarını vurub

Ukraynanın “Aleksandriya” klubunda çıxış edən azərbaycanlı futbolçu Emil Mustafayev komandada qol hesabını açıb.

Corner.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi Ukrayna kubokunun 1/8 final mərhələsinin “Metallist 1925”-lə matçında dubl edib. Mustafayev, 5:2 hesabı ilə qalib gəldikləri oyunun 24 və 29-cu dəqiqələrinddə rəqib qapısına yol tapıb.

“Aleksandriya”nın ukraynalı baş məşqçisi Yuri Qura matçdan sonra azərbaycanlı futbolçunun çıxışı haqda bunları söyləyib:

“Heyətdə dəyişiklik etdik. Mustafayev qolları ilə məni sevindirdi. Tək o deyil, bütün komandam məni sevindirdi. Çünki əldə etdiyimiz nəticə xoşdur”.

2018-ci ildən “Aleksandriya”da çıxış edən Emil Mustafayev əsas komandada 3 oyuna çıxıb.







Xəbər news