26 oktyabr 2024. Şənbə

Qızıl top mükafatının qalibi vaxtından əvvəl bəlli oldu - FOTO


Qızıl top mükafatının qalibi vaxtından əvvəl bəlli oldu - FOTO

"France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının qalibi üçün sosial şəbəkələrdə səsvermənin nəticələrini əks etdirən foto yayılıb.

Corner.az xəbər verir ki, fotoya əsasən, Polşa millisinin və "Bavariya" klubunun futbolçusu Robert Levandovski qalib olacaq. 33 yaşlı hücumçunun 627 səsi var.

İkinci sırada Fransa PSJ-sində çıxış edən Lionel Messi, üçüncü yerdə isə "Real Madrid"dən Kərim Benzema qərarlaşıb.

Səsvermə oktyabrın 24-də başa çatsa da, qalibin adı noyabrın 29-da Parisdə açıqlanacaq.

Qeyd edək ki, "France Football" nəşri koronavirus pandemiyasına görə ötən il  heç bir oyunçuya mükafat verməyib. "Qızıl top"u sonuncu dəfə 2019-cu ildə hazırda PSJ-nin hücumçusu Lionel Messi qazanıb.








Xəbər news