26 oktyabr 2024. Şənbə

Messi futbol tanrısıdır


Messi futbol tanrısıdır

Argentina millisinin və "Tottenham"ın üzvü Kristian Romero açıqlama verib.

Corner.az “Sky Sports”a istinadən xəbər verir ki,  23 yaşlı müdafiəçi, həmyerlisi Lionel Messi haqda danışıb:

“Milli komandayla titul qazanmaq mənim üçün hər şeydən əsasdır. Argentina yığmasıyla Amerika kubokunu qazanmaq karyeramın ən parlaq hadisələrindən biri oldu. Ölkəm üçün oynamağı sevirəm və bundan zövq alıram.

Messi təkcə futbolçu deyil, o, eyni zamanda futbol tanrısıdır. Onun kimi biriylə həmyerli olmaq mənim üçün qürur vericidir. Messi hər zaman gənclərə kömək edir və çox təvazökardır”.







Xəbər news