26 oktyabr 2024. Şənbə

Belarus çempionatının qalibi bəlli oldu


Belarus çempionatının qalibi bəlli oldu

Futbol üzrə Belarus Premyer Liqasında cari mövsümün qalibi müəyyənləşib.

Corner.az xəbər verir ki, “Şaxtyor” komandası sona 3 tur qalmış çempionluğunu rəsmiləşdirib.

Soliqorsk təmsilçisi buna 15-ci turdan təxirə salınmış oyunda “Qomel”i 3:2 hesabı ilə məğlub edərək nail olub.

Bu nəticədən sonra xallarını 68-ə çatdıran kollektiv ən yaxın izləyicisi BATE-ni 10 xal qabaqlayır. Üstəlik, “Şaxtyor”un ehtiyatda təxirə salınmış daha bir oyunu var.

Bu, “Şaxtyor”un ardıcıl 2-ci, ümumilikdə isə 3-cü çempionluğudur.







Xəbər news