11 dekabr 2025. Cümə axşamı

Ronaldo 5-ci dəfə ata olacaq - FOTO


Ronaldo 5-ci dəfə ata olacaq - FOTO

"Mançester Yunayted” klubunun hücumçusu Kriştiano Ronaldo 5-ci dəfə ata olacaq.

Corner.az xəbər verir ki, 36 yaşlı futbolçunun sevgilisi Corcina Rodriges hamilədir.

Bu barədə portuqaliyalı hücumçu sosial şəbəkə hesabında paylaşım edib. O, Corcina ilə birgə fotosunu paylaşaraq bu sözləri yazıb:

“Əkiz uşaq gözləyirik. Bunu bəyan etməkdən çox böyük sevinc hissi keçiririk. Səbirsizliklə yolunuzu gözləyirik”.

Yeni doğulacaq əkizlərin cinsiyyəti hələlik bəlli deyil.







Xəbər news