- Xəbər news
- 22:34 14.11.2024
Polşanın "Legiya" klubunun azərbaycanlı futbolçusu Mahir Emrelinin içki masasında görüntüləri yayılıb.
Corner.az-ın "Polskatimes" nəşrinə istinadən xəbər verir ki, 24 yaşlı hücumçunun komanda yoldaşı Yoel Abu Hanna ilə fotosu "Tviter"də paylaşılıb.
Fotonun avqustda çəkildiyi yazılıb. Polşa mətbuatı Emrelinin Abu Hanna ilə birlikdə spirtli içki qəbul etdiyini iddia edib.
Qeyd edək ki, "Legiya" klubu bir neçə futbolçusunu spirtli içki qəbul etməkdə günahlandıran sabiq hücumçusu Voytsex Kovalçiki məhkəməyə verir. Polşa mətbuatında Kovalçikin ittiham etdiyi futbolçular arasında Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də olduğu yazılıb.