28 noyabr 2024. Cümə axşamı

AFFA-nın İcraiyyə Komitəsinin üzvü olan sabiq nazir hardadır?


AFFA-nın İcraiyyə Komitəsinin üzvü olan sabiq nazir hardadır?

AFFA-nın İcraiyyə Komitəsinin üzvü, sabiq xarici işlər naziri Elmar Məmmədyarov hazırda Bakıdadır.

Corner.az xəbər verir ki, bu barədə Modern.az-a eks-nazirin dostu olan sabiq məmurlardan biri məlumat verib.

Məmmədyarov rəsmi olaraq fəaliyyətini Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında davam etdirir. Eks-nazir AFFA İcraiyyə Komitəsində Ümumazərbaycan Futbolsevərlərin İctimai Birliyi adından təmsil olunur. O, AFFA-nın ötən il keçirilən sonuncu Hesabat Seçki Konfransında İcraiyyə Komitəsinin üzvü seçilib. Onun səlahiyyət müddəti 4 ildir. Əgər özü hər hansı bir səbəbdən istefa verməsə, hüquqi baxımdan onu buradakı işindən çıxara bilməzlər.

Qeyri-rəsmi məlumatlara görə, Elmar Məmmədyarov nazir vəzifəsindən çıxarılandan sonra onun Azərbaycanı tərk etməsinə müvəqqəti qadağa qoyulub. Buna səbəb Xarici İşlər Nazirliyi (XİN)  sistemində yol verilmiş korrupsiya və mənimsəmələrə dair Dövlət Təhlükəsizliyi Xidməti və Baş prokurorluq tərəfindən aparılan istintaqdır. XİN-in bir neçə yüksək vəzifəli əməkdaşı rüşvət, korrupsiya və mənimsəmə ittihamları ilə DTX əməliyyatçıları tərəfindən həbs edilib. Hazırda onların məhkəmə istintaqı davam edir.







Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir