5 dekabr 2025. Cümə

“O, Parisdə məhkumdur, hətta əsir götürülüb” – Rabiotun meneceri


“O, Parisdə məhkumdur, hətta əsir götürülüb” – Rabiotun meneceri

PSG-dən ayrılmaq istədiyi iddia edilən Adrien Rabiotun anası və meneceri Veronique açıqlama verib.

Corner.az xəbər verir ki, Fransanın L'Equipe mətbuatına danışan Veronique, oğlunun Parisdə əsir tutulduğunu bildirib: “Rabiot Parisdə məhkumdur, hətta əsir götürülüb.Ona pis davranırlar.Sanki zindanda quru çörək və su gözləyir. Rabiot onların yeni müqavilə təklifini rədd etdiyi üçün əsir saxlanılır.O, başqa klublarda oynamaq istəyir.Hər kəs başqa klublarla razılaşdığımızı deyir, ancaq elə bir şey yoxdur”.

Qeyd edək ki, Rabiotla Real Madrid, Manchester United, Tottenham, Liverpool klubları maraqlanır.







Xəbər news