- Xəbər news
- 22:34 14.11.2024
Futbol üzrə Portuqaliya çempionatında 10-cu turun oyunları keçirilib.
Cormer.az xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi “Tondela” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Aroka”nın qonağı olub. Futbolçumuzun komandası bu oyunda məğlubiyyətlə üzləşib– 0:2.
Renat da bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. Millimizin üzvü 24-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
“Tondela” 10 turdan sonra 9 xalla 18 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.