26 oktyabr 2024. Şənbə

Acunun Hall Siti üçün ödəyəcəyi pul bəlli oldu


Acunun Hall Siti üçün ödəyəcəyi pul bəlli oldu

Türkiyənin TV8 kanalının rəhbəri, məşhur aparıcı, iş adamı Acun Ilıcalının İngiltərənin Çempionşip klublarından “Hall Siti”ni almaq istədiyi barədə xəbər vermişdik.

Corner.az xəbər verir ki, Ilıcalı “Hall Siti”nin sahibi olmaq üçün 35,46 milyon avro ödəyəcək. Artıq onun klubun hazırkı sahibi, misirli iş adamı Assem Allamla razılaşdığı bildirilir. Bu barədə “Daily Mail” məlumat yayıb.

Məlumatda, “Hall Siti” Premyer Liqaya vəsiqə qazanacağı halda, türkiyəli iş adamının əlavə olaraq 23,6 milyon avro ödəyəcəyi də vurğulanıb.  

1904-cü ildə yaradılan “Hall Siti” cari mövsümdə geridə qalan 14 turda 9 xal toplayaraq, Çempionşipdə 22-ci sırada qərarlaşıb.







Xəbər news