3 fevral 2026. Çərşənbə axşamı

Qurbanlının komandası evdə uduzdu


Qurbanlının komandası evdə uduzdu
Moldova çempionatında 16-cı turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı futbolçu Orxan Qurbanlının formasını geyindiyi “Dinamo-Avto” da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Sfintul George”ni qəbul edib. Futbolçumuzun komandası bu oyunda minimal hesabla məğlub olub - 0:1.
 
Orxan da bu görüşün iştirakçısı olub. O, 89-cu dəqiqədə meydana buraxılıb.
 
Keçirdiyi 16 oyunda 17 xal toplayan “Dinamo-Avto” 8 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.






Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO