Futbol üzrə Polşa çempionatında 13-cü turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı hücumçu Mahir Emrelinin formasını geyindiyi “Legiya” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Poqon”u qəbul edib. Futbolçumuzun komandası bu oyunda məğlubiyyətlə üzləşib – 0:2. Bu, Varşava təmsilçisinin ölkə çempionatında ardıcıl beşinci məğlubiyyətidir.
Mahir də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin hücumçusu 61-ci dəqiqədə əvəzlənib.
13 turdan sonra 9 xalı olan “Legiya” 18 komanda arasında 16-cı pillədə qərarlaşıb. Bu komandanın ehtiyatda əvvəlki turlardan təxirə salınmış iki oyunu da var.