26 oktyabr 2024. Şənbə

Abdullayev üçün 45 dəqiqə və sarı vərəqə


Abdullayev üçün 45 dəqiqə və sarı vərəqə
Futbol üzrə Kipr çempionatında 8-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Araz Abdullayevin formasını geyindiyi “Etnikos” da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "AEK Larnaka"nın qonağı olub. Futbolçumuzun komandası bu oyunda minimal hesabla məğlub olub – 0:1.
 
Araz da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib. Millimizin üzvü 30-cu dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
 
“Etnikos” 8 turdan sonra 2 xalla 12 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.






Xəbər news