Futbol üzrə Ukrayna Premyer Liqasında 13-cü turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Anatoli Nuriyevin formasını geyindiyi “Kolos” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Lvov”u qəbul edib. Futbolçumuzun komandası bu görüşdə minimal hesabla məğlub olub – 0:1.
Nuriyev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 57-ci dəqiqədə əvəzlənib.
“Kolos” 12 turdan sonra 11 xalla 16 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb. Komandanın ehtiyatda da bir oyunu var.