3 fevral 2026. Çərşənbə axşamı

Azarkeşlər VAR sistemini parçaladı


Azarkeşlər VAR sistemini parçaladı
Futbol üzrə Braziliya A Seriyasının “Qremio” – “Palmeyras” oyunu qalmaqalla başa çatıb. Corner.az xəbər verir ki, oyundan sonra hakimlikdən narazı qalan “Qremio” fanatları iğtişaşlar törədiblər.
 
 Azarkeşlər stadionun digər ləvazimatları ilə yanaşı, VAR aparatını da parçalayıblar. Daha sonra hadisəyə polis tərəfindən müdaxilə olunsa da , polislər və tərəflər arasında da qarşıdurma yaranıb.
 
“Qremio” – “Palmeyras” oyunu qonaqların 3:1 hesablı qələbəsiylə başa çatıb. Qarşılaşma zamanı “Qremio”nun bir qolu VAR-ın müdaxiləsi ilə ləğv edilib. Əvəzində “Palmeyras” məhz VAR hakimlərinin müdaxiləsindən sonra penalti qazanıb və bundan maksimum yararlanıb.






Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO