26 oktyabr 2024. Şənbə

Kiron Dayerin qaraciyər transplantasiyasına ehtiyacı var


Kiron Dayerin qaraciyər transplantasiyasına ehtiyacı var

"Nyukasl" və "Vest Hem" klublarının sabiq futbolçusu Kiron Dayerin səhhətində problem yaranıb.

Corner.az xəbər verir ki, 42 yaşlı keçmiş yarımmüdafiəçiyə ilkin sklerozan xolangit (qaraciyərin içində və xaricində olan safra kanallarının iltihabı ilə xarakterizə edilən nadir xroniki xəstəlik) diaqnozu qoyulub. Bu səbəbdən keçmiş oyunçunun qaraciyər transplantasiyasına ehtiyacı var.

Hazırda ölkəsinin "İpsviç" klubunun gənclər komandasına rəhbərlik edən ingilis mütəxəssis xəstəliyi ilə bağlı əlavə şərh vermək istəməyib. O, şəxsi həyatına hörmətlə yanaşılmasını tələb edib.







Xəbər news