26 oktyabr 2024. Şənbə

Ozan Can oynadı, komandası darmadağın oldu


Ozan Can oynadı, komandası darmadağın oldu

Futbol üzrə Niderland 2-ci liqasında 13-cü turun oyunları keçirilib.

Corner.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün şərəfini qoruduğu “Telstar” da növbəti oyununa çıxıb.

Sözügedən kollektiv səfərdə “Ayaks”ın ikinci komandasının qonağı olub. Futbolçumuzun komandası bu oyunda  məğlubiyyətlə üzləşib– 0:3.

Ozan da bu matçın iştirakçısı olub. O, 70-ci dəqiqədə meydana buraxılıb.

“Telstar” 13 oyuna topladığı 16 xalla 20 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.







Xəbər news