26 oktyabr 2024. Şənbə

Mən olmasaydım, PSJ indiki vəziyyətə gəlməzdi


Mən olmasaydım, PSJ indiki vəziyyətə gəlməzdi

İsveçli hücumçu Zlatan İbrahimoviç sabiq klubu PSJ ilə bağlı maraqlı açıqlama verib.

Corner.az “Telefoot”a istinadən xəbər verir ki, hazırda “Milan”da çıxış edən 40 yaşlı futbolçu, 2012-ci ildə Paris klubu ilə müqavilə imzalaması haqda danışıb:

“PSJ alınanda klubla müqavilə imzalayan ilk futbolçu mən olmuşam. Bununla da çox fəxr edirəm. Mən olmasaydım, PSJ indiki vəziyyətə gələ bilməzdi. Bəziləri düşündü ki, mən pula, şəhərə görə Parisə getdim. Xeyr, bu belə deyil. Mən Parisə hər şeyi dəyişmək üçün getdim”.

İbrahimoviç 2012-2016-cı illərdə PSJ-də çıxış edib. 







Xəbər news