26 oktyabr 2024. Şənbə

Real Bavariya'dan böyükdür - Alaba


Real Bavariya'dan böyükdür - Alaba

İspaniyanın “Real” klubunun futbolçusu David Alaba maraqlı açıqlama ilə gündəmə gəlib.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, 29 yaşlı avstriyalı müdafiəçi, “Real”la keçmiş komandası “Bavariya”nı müqayisə edib:

“Hər iki komanda uğur qazanmaq üçün daim çalışır. “Bavariya” da “Real” kimi dünyanın ən böyük klublarındandır. Hər iki komanda möhtəşəm oyunçulara sahibdirlər. Komandaların fərqlilikləri xırda detallardır. Hər iki klubda uğur qazanmaq ən vacib amildir.

“Real” hazırda qələbəyə ac bir komandadır və titul qazanmaq üçün hər şeyini verir. “Bavariya” da elədir, amma məncə “Real” daha böyük komandadır”.







Xəbər news