- Xəbər news
- 22:34 14.11.2024
Qarabağ Dirçəliş Fondunun
fəaliyyətində ermənilərin bu ərazilərdə apardıqları qeyri-qanuni fəaliyyət və
işğal nəticəsində Qarabağa dəyən zərər barədə məlumatların geniş ictimaiyyətə
çatdırılması xüsusi önəm kəsb edir. Bu məqsədlə Qarabağ Dirçəliş Fondu ermənilərin
Qarabağda törətdikləri dağıntıların görüntülərinin əks olunduğu “Qarabağda
Urbisid” sərgisini mütəmadi olaraq fərqli platformlarda təşkil edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı 4-6
noyabr 2021-ci il tarixlərində “COVID-19-dan sonrakı dünya” mövzusunda 8-ci
Qlobal Bakı Forumu keçirilib.
Bakı Forumunda dünyanın
40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və
hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə
də digər nüfuzlu qonaqlar iştirak edib.
3 gün davam edən tədbir
çərçivəsində Qarabağ Dirçəliş Fondu tərəfindən ideya müəllifi Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın
olduğu, Ermənistan-Azərbaycan münaqişəsinin səbəbləri və Ermənistanın
təcavüzünün nəticələri barədə obyektiv məlumatların sistemləşdirilməsi və geniş
ictimaiyyətə çatdırılması məqsədilə yaradılan "Karabakh Center" layihəsi
əsasında “Qarabağda Urbisid” fotosərgisi nümayiş olunub.
Bildirək ki, eyni adlı sərgi və dağıdılmış
binaları, yerlə-yeksan olunan tarixi abidələri
əks etdirən
“Qarabağda Urbisid” videoçarxı 5 noyabr 2021-ci il tarixində ADA Universitetinin rektoru Hafiz Paşayev, Azərbaycan
Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici
siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, xarici işlər naziri Ceyhun
Bayramov, Türkiyə Altınbaş Universitetinin rektoru, Türkiyə Prezidenti yanında
Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Çağrı Ərhan, Rusiyanın Milli
Müdafiə Jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko, həmçinin
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirakı ilə
ADA Universitetində keçirilən “44 Günlük Zəfər Yolu” adlı tədbirdə də nümayiş
etdirilib.
“Karabakh.Center” internet resursunun çoxsaylı
materialları konkret nümunələr əsasında Azərbaycan xalqının Qarabağda
maddi-mədəni irsinə, bu regionun biomüxtəlifliyinə və təbii sərvətlərinə dəyən
ziyanın miqyası ilə tanış olmaq imkanı yaradır.
Bu layihədə işğal altında olan ərazilərdəki dağıdılmış
və ciddi ziyan dəymiş obyektlərin 10 mindən çox fotoşəkli və videogörüntüləri
yer alır. Bütün fotoşəkillər və videolar saytın "Urbisid" bölməsində
yerləşdirilib. Bölmədə həmçinin memarlıq abidələrinin işğaldan əvvəl çəkilmiş
yüzlərlə fotoşəkli ilə də tanış olmaq mümkündür. (https://karabakh.center/az)