- Xəbər news
- 22:34 14.11.2024
4 noyabr
2021-ci il tarixində Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman
Hacıyev Azərbaycan Respublikası İqtisadiyyat nazirliyinin Dubayda (BƏƏ) təşkil
etdiyi «Invest with Azerbaijan» Biznes Forumunda iştirak edib.
Corner.az xəbər verir ki, Rəhman Hacıyev tədbirdə
Qarabağ Dirçəliş Fondunun (QDF) yaradılması, əsas
məqsəd və
vəzifələri,
missiyası, dəyərləri
və Fondun Müşahidə
Şurası tərəfindən təsdiq edilən strategiyaya uyğun olaraq həyata keçirilən
fəaliyyət istiqamətləri barədə məlumatların
əks olunduğu təqdimatla çıxış edib.
R.Hacıyev tədbirdə
ideya müəllifi Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti hörmətli
Mehriban xanım Əliyevanın olduğu,
Ermənistan-Azərbaycan
münaqişəsinin səbəbləri
və Ermənistanın təcavüzünün
nəticələri
barədə obyektiv məlumatların
sistemləşdirilməsi və
geniş ictimaiyyətə
çatdırılması məqsədilə
yaradılan, işğaldan azad edilən ərazilərdəki
dağıdılmış və
ciddi ziyan dəymiş obyektlərin
10 mindən çox fotoşəkilləri
və videogörüntülərinin
yer aldığı “Karabakh.Center” (https://karabakh.center/az)
internet resursunu nümayiş etdirib.
R. Hacıyev
çıxışı zamanı QDF-in Nizamnaməsinə əsasən Fondun əsas vəzifələrindən birinin Qarabağın
investisiya potensialını və dövlət-özəl tərəfdaşlığının təşviq etmək olduğunu
bildirib.
Rəhman Hacıyev
Qarabağda aparılan bərpa və yenidənqurma
işlərinə dəstək olmaq məqsədilə Fonda müxtəlif onlayn platformalar və digər
ödəmə üsulları vasitəsilə ianə etmək imkanları barədə məlumat verib.
Səfər çərçivəsində R. Hacıyev
Azərbaycan Respublikasının İqtisadiyyat naziri, QDF-in Müşahidə Şurasının sədri
Mikayıl Cabbarovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyətinin tərkibində “Dubay
Expo – 2020” beynəlxalq sərgisinə səfərdə də iştirak edib.