28 noyabr 2024. Cümə axşamı

Azərbaycan millisinin üzvü meydandan qovuldu


Azərbaycan millisinin üzvü meydandan qovuldu

Futbol üzrə Ukrayna Premyer Liqasında 14-cü turun oyunları keçirilir.

Corner.az xəbər verir ki, azərbaycanlı futbolçular – Rüstəm Əhmədzadə ilə Eldar Quliyevin formasını geyindiyi “Minay” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Mariupol”u qəbul edib. Futbolçularımızın komandası bu oyunda məğlubiyyətlə üzləşib – 0:2.

Rüstəmlə Eldar da bu oyunun iştirakçısı olub. Quliyev start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. O, 27-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb. Rüstəm isə bu görüşün 54-cü dəqiqəsində meydana buraxılıb. Amma o, sonadək meydanda qalmayıb. 90+6 və 90+7-ci dəqiqələrdə ardıcıl iki sarı vərəqə alan millimizin hücumçusu meydandan qovulub.

14 turdan sonra 8 xalı olan “Minay” 16 kollektiv arasında 14-cü pillədə qərarlaşıb. Sözügedən komandanın ehtiyatda da əvvəlki turlardan təxirə salınmış bir oyunu var.







Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir