“Juventus”un hücumçusu Cristiano Ronaldo milli komanda ilə bağlı fikrini dəyişib.
Corner.az-ın məlumatına görə, 33 yaşlı futbolçu millisinə qayıtmağa qərar verib. “Juventus”a daha yaxşı uyğunlaşmaq üçün bu ilin sonuna qədər millidə oynamayacağını açıqlayan təcrübəli forüard artıq hazır olduğunu bildirib.
Qeyd edək ki, Portuqaliya millisi UEFA Millətlər Liqasında noyabrın 17-də İtaliya, 3 gün sonra isə Polşa ilə qarşılaşacaq. Ronaldonun hər iki matçda meydana çıxacağı gözlənilir.