Polşa çempionatında 14-cü turun oyunları keçirilib.
Corner.az xəbər verir ki, azərbaycanlı hücumçu Mahir Emrelinin formasını geyindiyi “Legiya” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Stal”ı qəbul edib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3. Bu, Varşava təmsilçisinin ölkə çempionatında ardıcıl altıncı məğlubiyyətidir.
Mahir də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin hücumçusu 75-ci dəqiqədə əvəzlənib. O, 39-cu dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
14 turdan sonra 9 xalı olan “Legiya” 18 komanda arasında 17-ci pillədə qərarlaşıb. Bu komandanın ehtiyatda əvvəlki turlardan təxirə salınmış iki oyunu da var.