- Xəbər news
- 22:34 14.11.2024
Futbol üzrə Ukrayna Premyer Liqasında 14-cü turun oyunları keçirilib.
Corner.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Anatoli Nuriyevin formasını geyindiyi “Kolos” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda Donetsk “Şaxtyor”unu qəbul edib. Futbolçumuzun komandası bu görüşdən məğlubiyyətlə ayrılıb – 1:3. Bu, sözügedən komandanın çempionatda ardıcıl dördüncü məğlubiyyətidir.
Nuriyev bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
“Kolos” 13 turdan sonra 11 xalla 16 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb. Komandanın ehtiyatda da bir oyunu var.