- Xəbər news
- 22:34 14.11.2024
Şotlandiya Premyer Liqasının 13-cü turu çərçivəsində keçirilən “Dandi” – “Seltik” matçında meydan sahiblərinin azarkeşləri qarşılaşmanın gec başlamasına səbəb olublar.
Corner.az xəbər verir ki, fanatlar oyunun start fiti səsləndikdən sonra “Seltik”in qapıçısı Co Hartın qoruduğu “çərçivə”yə tərəf yüzlərlə tennis topu atıblar. Nəticədə, oyun üç dəqiqə gec başlayıb.
Hadisəyə səbəb “Dandi” fanatlarının polis işçisi Bernard Hiqqinslə keçmişdə yaşanan bir qalmaqala etiraz etmək istəməsi olub. Məsələnin təfərrüatları açıqlanmayıb.
“Dandi” – “Seltik” matçı qonaqların 4:2 hesablı qələbəsiylə başa çatıb.