- Xəbər news
- 22:34 14.11.2024
"Arsenal”ın keçmiş baş məşqçisi Arsen Venger açıqlama verib.
Corner.az xəbər verir ki, hazırda FİFA-da işləyən 72 yaşlı mütəxəssis, karyerasını “Arsenal”da keçirilməsinə peşman olduğunu deyib:
“Karyeramı “Arsenal”a həsr etdim. Bu, verdiyim ən böyük səhv qərar idi. “Arsenal”dan daha tez ayrılmalı idim. Ən böyük mənfi cəhətim olduğum yeri çox sevməyimdir. Buna görə də peşmanam.
Fransa milli komandasından, “Real”dan, “Mançester Yunayted”dən, “Yuventus”dan, PSJ-dən təkliflər almışdım. Hətta Fransa yığmasının təklifini iki-üç dəfə qəbul etməmişəm”.
Arsen Venger 1996-cı ildən 2018-ci ilin yayına qədər “Arsenal”ı çalışdırıb.